Azərbaycan postunun bir addımlığında yaşayan ermənilərin növbəti VAY-ŞİVƏNLİYİ - FOTO

Hazırda oxunan: Azərbaycan postunun bir addımlığında yaşayan ermənilərin növbəti VAY-ŞİVƏNLİYİ - FOTO

48327

Xəbər verdiyimiz kimi, Zəngəzur mahalının Qafan icmasının Şikaox kəndinin bir addımlığında Azərbaycanın sərhəd və gömrük nəzarəti postu qoyulub. Ermənilər həmin postun götürülməsi üçün dəridən-qabıqdan çıxırlar və hər gün öz medialarında buna qarşı feyk xəbərlər yayırlar.

Bizim.Media xəbər verir ki, Ermənistanın Ombudsmanı Arman Tatoyan bu “missiyada” öncül yerlərdən birini tutur.

Bu gün o, özünün Facebook səhifəsində vay-şivən xarakterli bir status yazıb: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlılar Xocavənddə Cütçü kəndinə doğru irəlilədi – ERMƏNİ MEDİASI


“Çakaten də daxil olmaqla, hər iki kənddə kənd təsərrüfatı məhsullarının satışında problemlər yaranıb. Fakt budur ki, alıcılar qoz-fındıq almaq üçün Şikaoxa gəlirdilər. Yol bağlanandan sonra çətin, alternativ deyilən yoldan keçə bilmirlər. Məktəblərin normal fəaliyyəti də pozulub.

Məsələn, Şikaox sakinlərindən birinin övladından ikisi repetitorluq, digəri isə kollecdə oxumaq üçün hər gün Qafana gedə bilmir. Distant təhsil hələ işləmir. Şikaoxun digər sakini atasının hemodializ xəstəsi  olduğunu, yeni yolun keçilməz olması səbəbindən Qafana gedə bilmədiyini və bunun atasının səhhətinə mənfi təsir etdiyini bildirib. Oğul atasının vaxtında tibbi yardım alması üçün Qafanda kirayə ev götürməyə məcbur qalıb”.
 

Xatırladaq ki, 30 ildən artıqdır ki, Azərbaycanın 20 faiz torpağını işğal edən ermənilər bir dəfə də olsun öz medialarında təmas xəttində yaşayan azərbaycanlıların qarşılaşdıqları çətinliklərdən, evlərinin gülləbaran edilməsindən yazmayıblar.


Uzun illər soydaşlarımıza edilən zülmlər indi özlərinə qarşı edilir.

Daha doğrusu, o zülmün baiskarı yenə də ermənilərin özləridir. Azərbaycan isə hazırda ona aid olan yerdə post qurub. Yaxın gələcəkdə həyata keçiriləcək delimitasiya zamanı bu rəsmən öz təsdiqini tapacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO