Erməni politoloq: \"Ermənistanda qazın qiyməti məsələsi Rusiyanın səlahiyyətindədir\"

Hazırda oxunan: Erməni politoloq: \"Ermənistanda qazın qiyməti məsələsi Rusiyanın səlahiyyətindədir\"

37582

"Qazın qiyməti məsələsi Ermənistanın mövqelərindən asılı deyil, məsələ Rusiyanın səlahiyyəti sahəsindədir".

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu erməni politoloq, Ermənistanın Respublika Naminə Partiyasının sədr müavini Ruben Mehrabyan deyib.

Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyi çərçivəsində qazın ümumi bazarını formalaşdırmaq üçün razılaşmalar əldə etməyə də cəhd edilir.

Mehrabyan Ermənistanda qazın qiyməti məsələsinin hakimiyyətdə kimin olması ilə əlaqəli olmasına toxunarkən bildirib ki, bu, siyasi qərardır.

Erməni ictimai-siyasi xadim Narine Dilbaryanın sözlərinə görə, razılaşmalarda şübhəsiz ki, siyasi komponent var.

O qeyd edib ki, ümumiyyətlə, enerji təkcə iqtisadiyyat deyil, həm də siyasətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO