“Azərbaycan Sovet sərhədlərini tanımır” - Paşinyan müxalifətin arqumentlərini öyrənəcəyinə söz verdi

Hazırda oxunan: “Azərbaycan Sovet sərhədlərini tanımır” - Paşinyan müxalifətin arqumentlərini öyrənəcəyinə söz verdi

37151

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə müxalif deputat Artur Xaçatryanın sualını cavablandırarkən bildirib ki, ekspertlər Azərbaycanın Sovet sərhədlərini tanımaması məsələsini öyrənəcəklər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “armeniasputnik.am” saytı yayıb.

"Hayastan" blokundan olan deputat Artur Xaçatryan 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktına istinad edib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Laçın dəhlizinə görə qorxuya düşdü: “Hər şeyi edəcəyik ki, bağlanmasın”


"30 dekabr 1922-ci il tarixli SSRİ-nin qurulması haqqında müqavilə Azərbaycanla əlaqəli hissədə imzalandığı andan etibarən etibarsızdır. Keçmiş SSRİ-nin tərkibində olan suveren dövlətlərlə münasibətlərin bütün sonrakı problemləri müqavilələr və razılaşmalar əsasında həll olunmalıdır”, deyə deputat Qanunun 3 -cü maddəsini xatırladıb.

Xaçatryan çaşqınlıqla ifadə edib ki, tərəflər sərhədləri müəyyən edərkən Ermənistanın inzibati bölgüsü haqqında qanunu rəhbər tuturlar.

Paşinyan cavab olaraq bildirib ki, Ermənistan hakimiyyəti əvvəllər Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasına hazır olduqlarını və şərtlərini bildirmişdi.

Xaçatryanın bəyanatına gəlincə, ekspertlər təqdim olunan hüquqi arqumentləri öyrənirlər.
 

Paşinyan "Sizin çıxışınız bir daha diqqətlə dinləniləcək. Əgər burada nəzərə almalı olduğumuz əlavə faktlar və ya arqumentlər varsa, bunu edəcəyik" deyib.


Bu tanınmış faktı niyə əvvəllər "mütəxəssislər"in istifadə etmədiyini Paşinyan açıqlamayıb.

Paşinyan 2010-cu ildə Şurnuxu və Şahverdilər kəndlərinin inzibati sərhədlərinin Ermənistan-Azərbaycan sərhədinin konturlarına uyğun gəldiyini bildirən inzibati bölgü haqqında qanunu yenidən xatırladıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO