ABD Malikin oğurlanan 546 manatı geri qaytarıldı - ÖZƏL

Hazırda oxunan: ABD Malikin oğurlanan 546 manatı geri qaytarıldı - ÖZƏL

82488

Bir neçə gün əvvəl keçmiş "Dəyirman" qrupunun üzvü ABD Malik Kələntərlinin bank kartından sosial şəbəkə vasitəsi ilə 546 manat pul oğurlandığı haqda xəbər vermişdik. 

Bizim.Media-nın əməkdaşı məsələ ilə bağlı yenidən sənətçi ilə əlaqə saxlayıb. 

ABD Malik bildirib ki, kartından pul oğurlandığı günün səhəri həmin məbləğ yenidən ona geri qaytarılıb. 

"Heç gözləmirdim ki, pulu qaytararlar. Amma bu baş verdi. Oğurlanan 546 manatım yenidən kartıma geri oturdu. Hadisəni redaksiyanız işıqlandırdıqdan sonra hüquq-mühafizə orqanlarından mənə zəng gəldi. Həm sizə, həm də onlara operativliyinə və bu işdə köməklik göstərdiklərinə görə təşəkkürümü bildirirəm. Pul qaytarıldı, artıq bu neqativ hadisəni unutmaq istəyirəm".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO