Kamilə Babayeva: "Burnum yekədir, amma əməliyyat etdirmərəm" – ÖZƏL 

Hazırda oxunan: Kamilə Babayeva: "Burnum yekədir, amma əməliyyat etdirmərəm" – ÖZƏL 

81539

“Hər şey yaxşıdır. Səhhətim normaldır. Sözdən söz çıxdı. Ev iti məni dişlədi. Dostumun iti idi. Bu hadisədən əvvəl onunla oynamışam. Yaxınlaşdım ki, onunla oynayım, gözünə birtəhər dəydim və məni qapdı. Yəqin itin kefi yox idi (gülür)”.  

Bu sözləri məşhur teleaparıcı Kamilə Babayeva Bizim.Media-nın əməkdaşı ilə müsahibəsində deyib.  

AzTV-də yayımlanan, aparıcısı olduğu “Görüş yeri” verilişindən söz açan Kamilə layihənin gələn mövsümdən yenidən ekranlarda olub-olmayacağı ilə bağlı söhbətlərə aydınlıq gətirib.

“Bu mövsümdən etibarən verilişim getdi “mövsüm finalına”. Yəqin ki, bir aydan sonra gedib şirkətlə verilişimin aqibəti ilə maraqlanacağam. Çünki özüm də bilmirəm, “Görüş yeri” olacaq, yoxsa olmayacaq. İndi verilişlərin əksəriyyəti serial kimidir, ömürləri azdır. Bir gün var, bir gün isə yoxdur.
Avqust ayının əvvəli üçün verilişlə bağlı danışıqlar olacaq. Qismət varsa “Görüş yeri” olacaq, olmasa fərqli bir formatda tamaşaçıların qarşısına çıxacağıq. Mən televiziya adamıyam, veriliş olmasa darıxaram. İşləməsəm, evdəkilər əlimdən yorularlar. Mütləq nələrsə etməliyəm”.

K.Babayeva illər əvvəl aparıcısı olduğu “V element” verilişi üçün çox darıxdığını bildirib.

“Çox istərdim yenidən “V element” verilişi olsun. Baxmayaraq ki, Ranar Musayev deyirdi ki, biz onu incidirik, amma o veriliş üçün burnumun ucu göynəyir”.  

Aparıcıdan “Həmkarlarınız arasında kimləri bəyənib-bəyənmirsiniz?” soruşmuşduq ki, Kamilə pislərin ələnəcəyini, yaxşıların isə hər zaman gündəmdə olacağını bildirib.  

“Dövrümüzdə pis də, daha pis də vardı. Müəyyən müğənnilər var idi ki, onları efirlərə buraxmırdılar, aparıcılar isə efirə çıxıb, gözdən itirdi. İndi meydan onlara verilib, amma gec-tez hamısı ələnəcək. Sevilməyənlər itib gedəcəklər. Onlara baxanda, qıcıqlanmıram, çünki özləri zamanla yoxa çıxacaqlar. Qıcıq olmağa o qədər məsələlər var ki...  

Nərgiz Cəlilovanı, Afaq Gəncəlini, Leyla Quliyevanı, Tural Əsədovu, Nəsib Nur və digər həmkarlarımı çox istəyirəm. Nanə Ağamalıyeva, Xədicə Sənanqızı çox zəhmətkeşdirlər. Onlar hər gün efirdədirlər. Enerjiləri tükənməzdir”.  

“Müğənnilərlə yanaşı, aparıcıların da plastik əməliyyat sevdası göz önündədir. Onlar bir-birinin acığına, gözəlləşmək üçün bıçaq altına uzanırlar” - demişdik ki, K.Babayeva əməliyyatlardan çox qorxduğunu açıqlayıb: 

“Hərdən mənə söyləyirlər ki, bəlkə hansısa nahiyəni plastik əməliyyat etdirəsən. Cavab olaraq söyləyirəm ki, çox qorxağam. Əməliyyatlardan çox qorxuram. Kim əməliyyat edirsə, onların cəsarətini alqışlayıram.  

Bilirəm ki, burnum yekədir, amma onu əməliyyat etdirmərəm. Heç vaxt heç vaxt demə. Bəlkə də elə bir gün gələ bilər ki, məcburiyyət yaranar və əməliyyat edərəm. Amma indi çox qorxuram və belə bir addım atmağa hazır deyiləm”.  

Kamilə sonra toylarla bağlı danışıb:  

“Toylara gedirəm. Özümə də uyğun qazancım var. İş olanda işləyirik. Olmayanda da digər toya gedənlərin yerinə sevinirik. Heç xəbərim yoxdur, məni toylardan buran var, yoxsa yox? Çünki bu kimi mövzulardan çox uzağam. Öz dünyam var. Həyatı çox rahat yaşayıram. Tanrı mənə elə qəlb verib ki, pisi heç zaman görmürəm. Pislərin Allah qəlbinə işıq, hüzur versin”.
Müsahibənin sonunda K.Babayeva istirahətə gedəcəyini desə də, amma tətilinin istiqamətini hələ də müəyyənləşdirmədiyini açıqlayıb:  

“İstirahətə getmək istəyirəm, qızımın da tətili yaxşı keçməlidir. Görək nə olur? Hələ bilmirəm istirahətə gedəcəyəm, ya yox?  İstirahət planları tək özümdən asılı deyil. Amma yay fəslindən maksimum istifadə etməyi düşünürəm”.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO