Şakira həbs oluna bilər - 15,5 milyonluq...  

Hazırda oxunan: Şakira həbs oluna bilər - 15,5 milyonluq...  

76485

İspaniya hüquq-mühafizə orqanları dünya pop səhnəsinin ulduzu Şakiranın vergi fırıldaqçılığı ilə bağlı müraciətini rədd edib.  

Bizim.Media xəbər verir ki, uzun araşdırmadan sonra prokurorluq pop ulduzun üç il - 2012-ci ildən 2014-cü ilə qədər xəzinəyə 15,5 milyon dollar ödəmədiyini təsdiqləmək üçün kifayət qədər dəlil olduğu ortaya çıxarıb.

Məhkəmə prosesinin mərkəzində müğənninin yaşayış yeri məsələsi dayanır.  

İttiham tərəfi təkid edir ki, Şakira şəxsi gəlir vergisi və əmlak vergisi üzrə öhdəliklərini yerinə yetirməyib. Kolumbiyalı müğənni 2019-cu ildə ifadə verərkən, o illərdə İspaniyada deyil, həqiqətən “Baham” adalarında istirahət etdiyini söyləyib.
Şakiranın PR komandası müğənninin çoxdan borclu olduğu hər şeyi ödədiyini iddia edib. Vəkillər isə pop ulduzun hüquqlarını müdafiə etməyə davam edəcəklərini açıqlayıblar.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO