Efirlərdən pul istəyən Natavan üzə çıxdı - VİDEO  

Hazırda oxunan: Efirlərdən pul istəyən Natavan üzə çıxdı - VİDEO  

76412

Efirlərdən ilim-ilim itən müğənni Natavan Həbibi üzə çıxıb.  

Bizim.Media xəbər verir ki, sənətçi uzun sürən sükutu ötən gün Milli Parkda baş tutan “Technofest” festivalı çərçivəsində keçirilən konsertdə səhnə alıb.  

Uzun saçlarını çiyninə atan, qara kostyumda və göz qamaşdıran aksesuarlarla “look”unu tamamlayan Natavan “Sevda nədir ki?” hiti ilə tamaşaçıları ifası ilə coşdurub.  

N.Həbibi çıxışından görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

“Bakımızda regionun ən böyük tədbirinin açilışı baş tutdu. Möhtəşəm idiniz!” - deyə, pop ulduz paylaşımına şərh yazıb.  
Qeyd edək ki, Natavan Həbibi bir ildən çoxdur efirlərə çıxmır. O, verilişlərə qatılmaq üçün televiziya rəhbərlərindən 10.000 manat qonorar istədiyini açıqlayıb.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO