Şəhid ailəsi pul göndərdi, Elza Seyidcahan verilişi tərk etdi - FOTO/VİDEO

Hazırda oxunan: Şəhid ailəsi pul göndərdi, Elza Seyidcahan verilişi tərk etdi - FOTO/VİDEO

76392

Əməkdar artist Elza Seyidcahana "Səni axtarıram" ictimai-sosial proqramı tərk edib. 

Bizim.Media xəbər verir ki, verilişin aparıcısı Xoşqədəm Hidəyətqızı bir şəhid atasının ona məktub və məktubun içində pul göndərdiyini açıqlayıb. 

Təəccübdən qəhərlənən Elza məktubu oxumaq üçün kulis arxasına keçib.

Verilişin gedişatında studiyaya geri qayıdan Seyidcahan Xoşqədəmlə sağollaşaraq, ona yardım edənlərə təşəkkürünü bildirib. 

"Fəxr edirəm ki, məni bu qədər sevirlər. Şəhid ailələrinin, qazilərin qarşısında baş əyirəm. Salyanın Xələc kəndindən olan şəhidimiz Samir Mehdiyevin atası Valeh müəllim pul göndərib. Məktubda yazıb ki, verilişdən çıx, qalan məbləği mən sizə yardım edəcəyəm. Amma onlara qıymıram. Valeh müəllimin fikrinə hörmətlə yanaşıram, lakin qərarımı hələ tam deyə bilmirəm. Ola bilsin ki, sabah verilişə gəlməyim. Sizə zəng edib xəbər edəcəm. Şad oldum bu verilişdə olmaqdan. Xoşqədəm xanım özünüzü qoruyun, ehtiyatlı olun", deyə Əməkdar artist çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev və qardaşı Faiq Azayevə icarəyə verib.

Lakin onlar icarə üçün müqavilə imzalamaqdan boyun qaçırıblar. Bir müddətdən sonra Əməkdar artist sözügedən obyekti geri almaq istəsə də, qarşı tərəf onları təhdid edib, həmin məkanın özlərinə aid olduğunu iddia ediblər.

Ali Məhkəmənin qərarı ilə öz mülkünə sahiblənmək üçün 65 min manat ödəməli olan sənətçi acınacaqlı vəziyyətdə olduğunu söyləyib. E.Seyidcahan bir sıra verilişlərə qatılaraq, ona xalq tərəfindən köməklik göstərilməsini xahiş edib.    

Rəşad Əliyev, Bizim.Media

 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO