Cavanşirin qadın sənətçilərə \"Özünə müştəri axtarırsan\" sözləri Hüseyni əsəbiləşdirdi  - VİDEO

Hazırda oxunan: Cavanşirin qadın sənətçilərə \"Özünə müştəri axtarırsan\" sözləri Hüseyni əsəbiləşdirdi  - VİDEO

75601

Bir həftə əvvəl Əməkdar artisti Cavanşir Məmmədovun xanım ifaçıların açıq-saçıq səhnə geyimlərini tənqid etməsi sosial mediada müzakirələrə yol açıb.

Bizim.Media xəbər verir ki, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qalmaqallı məsələyə "MTV maqazin" verilişində münasibət bildirib.

Sənətçi Əməkdar artistin səsləndirdiyi fikirlərlə razılaşmadığını və yalnış olduğunu söyləyib.

"Həmin xanım müğənniyə bizim nəsə deməyə ixtiyarımız yoxdur. Muğam ifaçısı belə bir geyim geyinə bilməz. Mən Cavanşir müəllimin səsləndirdiyi fikirlərlə razı deyiləm. Dünya səhnəsinə nəzər yetirin. Orada estrada ifaçıların necə geyindiyinə baxın. Hər şey geyimlə ölçülmür. Səhnədir və estrada səhnəsinin də öz geyimi var".

Qeyd edək ki, C.Məmmədov "Bizdə çimərlik var.  Sən bədənini mənə niyə göstərirsən? Nə var axı sənin bədənində? Nə var özün yaxşı bilirsən. Yox əgər özünə müştəri axtarırsansa, özünə müğənni adı qoyma. Oxuyanın müəyyən geyimi var. Müəyyən vaxtadək soyuna bilərsən. Oxuduğun mahnı ilə bağlı ola bilər" sözləri ilə yeni qalmaqalın təməlini qoyub.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO