Sevda Yəhyayeva: "Ana olmağı çox istəyirəm, Allah qismət etsə..." - VİDEO

Hazırda oxunan: Sevda Yəhyayeva: "Ana olmağı çox istəyirəm, Allah qismət etsə..." - VİDEO

75548

"Deyirlər ki, subaylıq sultanlıqdır. Amma evlilik də padşahlıqdır".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "MTV Maqazin" verilişinə müsahibəsində deyib.

Həkim-genetik Zakir Bayramovla evlənən sənətçi ailəsində qısqanclıq olmadığını bildirib:

"Evlənmək xatirinə ailə qurmaq olmaz. Subaylara məsləhətim ürəkdən sevdikləri insanla ailə qursunlar. Ailəm mənə sənətimdə dəstəkdir. Qısqanclıq məndə də var, amma qədərində. Biz elə bir yaşdayıq ki, atdığımız addımı, dediyimiz sözü bilirik. Buna görə də qısqanclığa səbəb yoxdur. Bizim 15 yaşımız yoxdur ki, bir-birimizi qısqanaq. Hazırda xoşbəxt günlərimi yaşayıram".

Sənətçi ana olmaq istədiyini də vurğulayıb:

"Ana olmağı çox istəyirəm. Allah qismət etsə, olacağam".

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO