Kann Festivalında ulduzların dəbli və qalmaqallı obrazları - FOTO

Hazırda oxunan: Kann Festivalında ulduzların dəbli və qalmaqallı obrazları - FOTO

74989

Ötən gün 75-ci “Kann Film Festivalı”nın açılışı olub. Nüfüzlu tədbir təkcə premyeralarla deyil, həm də ulduzların dəbli və qalmaqallı obrazları ilə yadda qalıb.

Bizim.Media xəbər verir ki, builki festival ötən illərdəkindən fərqli olaraq dünya səviyyəli ulduzların az olması ilə diqqət çəkib.  

İştirak edən məşhurlar isə şounun çatışmazlığını parlaq geyimləri ilə kompensasiya ediblər. Onlar qırmızı xalçanı yenidən “Disney” şahzadələri dünyasına çeviriblər.  

Yenə həcmli ətəklər və şişkin uzun libaslar. Aktrisa Rossi de Palma geyimi ilə bir çox həmkarlarından seçilib. Belə ki, o, açılış mərasiminə qısa smokinqdə və qırmızı əlcəkdə gəlib.  
Builki münsiflər heyətinin üzvü hindistanlı aktrisa Dipika Padukoni etnik modaya müraciət edib və qızılı ilə işlənmiş saridə fotoqraflara pozlar verib.  

Digər ulduzlar isə primitiv və artıq illərdir ki, dəbdən düşən əlbisələrdə festivala qatılıblar.  

Rəşad Əliyev, Bizim.Media





















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO