Övladını itirən Britninin bu paylaşımı qınanıldı - VİDEO

Hazırda oxunan: Övladını itirən Britninin bu paylaşımı qınanıldı - VİDEO

74844

Cəmi bir ay əvvəl dünya pop ulduzu Britni Spirs üçüncü dəfə ana olacağını açıqlamışdı. Bununla belə, ötən həftə sonu hamiləliyin erkən mərhələsində uşağını düşürdüyünü açıqlayıb. Cütlük pərəstişkarlarından və ictimaiyyətdən onları müvəqqəti olaraq tək buraxmağı və faciədən sağalmaq üçün vaxt vermələrini xahiş edib.  

Bizim.Media xəbər verir ki, cəmi bir neçə gün sonra Britni  sükutu pozaraq sosial şəbəkə hesabında heç nə olmamış kimi çimərlikdə yarıçılpaq videosunu paylaşıb. 

“Malibu xilasedicisi kimi çimərlikdə qaçarkən seksual olmağa çalışmaq”, - deyə pop ulduz yazıb.  

Qeyd edək ki, son vaxtlar sosial media əhli onun psixi durumu ilə bağlı ciddi narahatlıq keçirdiklərini yazıblar. Bəzi izləyicilər isə bunu qeyri-sağlam davranış kimi qiymətləndirir və Britninin tibbi yardıma ehtiyacı olduğunu qeyd ediblər.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO