Xalq artisti Röya: "Siz mənim bütün addımlarımda yanımda oldunuz"

Hazırda oxunan: Xalq artisti Röya: "Siz mənim bütün addımlarımda yanımda oldunuz"

126807

Xalq artisti Röya Ayxan bu gün avtomobil qəzasında həlak olan Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, sənətçi bu xəbərdən kədərləndiyini sosial şəbəkə hesabında yazaraq, mərhumun xanımı Əməkdar artist Dilarə Əliyevaya başsağlığı verib.
 

MÖVZU İLƏ BAĞLI:

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişdi


“Çox ağır bir xəbər aldıq. Daha bir gözəl insanı itirdik! Oqtay müəllim, siz mənim bütün addımlarımda yanımda oldunuz.

Neçə gəncə dəstək verdiniz! Hər şey üçün çox sağ olun! Ruhunuz şad olsun! Allah rəhmət eləsin! Dilarə xanım, sizə böyük səbr arzu edirəm!”, - deyə Röya fikirlərini ifadə edib.

Qeyd edək ki, bu gün Saray qəsəbəsi ərasizində saat 18:00 radələrində ağır yol-nəqliyyat hadisəsi zamanı "SOY" productionun rəhbəri, prodüser Oqtay Əliyev ürəktutmasından sükan arxasında vəfat edib.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO