Xalq artisti: "Qohumum zəlzələ zamanı özünü binadan atıb" - VİDEO

Hazırda oxunan: Xalq artisti: "Qohumum zəlzələ zamanı özünü binadan atıb" - VİDEO

119261

"Adanada qohumum var, Fərid həkim. Həyat yoldaşım da onun sayəsində sağaldı".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Gülyanaq Məmmədova qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.

Xanəndə yaxın qohumunun hazırda təbii fəlakətlə üz-üzə qalan Türkiyənin Adana bölgəsində olduğunu bildirib:

"Zəlzələ zamanı özünü birtəhər binadan ataraq, xilas edib. Amma hazırda xəstəxanadadır, xəstələrin başının üstündədir. Danışanda səsinin titrəməsindən vəziyyəti anlayırıq. Hər getdiyimiz zaman orada bizi hər yerə aparan taksi sürücüsü var idi. Onun ailəsi ilə doğmalaşmışdıq. Onların da evləri uçub. Vəziyyət çox pisdir".
Qeyd edək ki, Türkiyədə təbii fəlakət zamanı həlak olanların sayı 8574 nəfərə çatıb, 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO