Qanuni oğru Toppuş bacının müalicəsi üçün 10 min dollar yolladı – VİDEO

Hazırda oxunan: Qanuni oğru Toppuş bacının müalicəsi üçün 10 min dollar yolladı – VİDEO

106687

Xərçənglə mübarizə aparan “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın müalicəsi üçün “Rufo Gəncinski” ləqəbli “qanuni oğru” Ülfət Tağıyev 10 min dollar göndərib. 

Bizim.Media xəbər verir ki, bu barədə Toppuş bacı ilə həmkarı Pərvin Abıyevanın “TikTok” sosial şəbəkədə açdığı canlı yayımda bəlli olub. 

Pərvin Tünzalənin “ağıllı dərman” preparatının alınması üçün mütəmadi olaraq həmkarı ilə canlı yayım açaraq onunla yarışma keçirib.  

Sözügedən məsələnin ictimailəşməsi ilə bağlı adı çəkilən aşıq Namiq Fərhadoğlunun adının hallanması isə öz təsdiqini tapmayıb. Belə ki, aşıq Bizim.Media-ya açıqlamasında bildirib ki, “qanuni oğru”nun aktrisaya 10 min dollar yollaması Toppuş bacının Pərvin Abıyeva ilə açdığı canlı yayım zamanı bəlli olub. 

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.  
Beynində bədxasisəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüaterapiya almalı, daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO