Tualetdə fotolar çəkdirən Damlanı LİNÇ ETDİLƏR: “Deyəsən sən də ağlını itirmisən” - FOTO

Hazırda oxunan: Tualetdə fotolar çəkdirən Damlanı LİNÇ ETDİLƏR: “Deyəsən sən də ağlını itirmisən” - FOTO

106096

Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova paylaşımı ilə “ağızlarda saqqız” olub.

Bizim.Media xəbər verir ki, sanitar qovşaqda gecə libasında bir ayağını qaldıraraq unitazın üzərinə qoyaraq fotolar çəkdirməsi sənətçiyə baha başa gəlib.

Sosial şəbəkə hesabında sözügedən fotoları paylaşan Damlanı izləyicilər yazdığı şərhləri ilə linç ediblər.

Onlar “Bir ayaq  yolunda foto çəkdirməyin qalmışdı...”, “Ayağını hara qaldırmısan? Deyəsən sən də artıq ağlını itirmisən”, “Bu nə pozadı? Deməli özünüzə yaraşdırırsınız səviyyəsiz şəkillər çəkməyi”, “Niyə bir tanınmış insan, səhnə adamı, xeyrli izləyici kütləsi olan bir qadın sənətçi, ayaq yolunda şəkil çəkdirsin, üstəlik də ayağını qaldırıb unitazın üzərinə qoysun?” kimi rəylərlə müğənnini “ağ yuyub, qara səriblər”.

Damla isə neqativ dolu şərhlərə cavab verməyib.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO