Qadın həndbolçularımız Konyada gümüş medal qazandı - Türkiyəyə uduzublar 

Hazırda oxunan: Qadın həndbolçularımız Konyada gümüş medal qazandı - Türkiyəyə uduzublar 

88521

Azərbaycanın qadın həndbolçuları V İslam Həmrəyliyi Oyunlarının finalında Türkiyə komandasına uduzub.

Bizim.Media xəbər verir ki, matçın birinci hissəsi 16:10, ikinci hissəsi isə 14:14 hesabı ilə başa çatıb.

Qarşılaşma 30:24 hesabı ilə Türkiyə komandasının qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO