Qurban Qurbanov dünya məşqçilərinin reytinqdə 2 pillə irəlilədi

Hazırda oxunan: Qurban Qurbanov dünya məşqçilərinin reytinqdə 2 pillə irəlilədi

55835

Dünya məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb.

Bizim.Media xəbər verir ki, siyahıda karyerasını davam etdirən ən yaxşı 500 mütəxəssisin adı yer alıb.

Planetin ən güclü məşqçiləri arasında Azərbaycan bir mütəxəssislə təmsil olunub.

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov sonuncu dəfə iki həftə öncə açıqlanan cədvəllə müqayisədə 2 pillə irəliləyib. 50 yaşlı mütəxəssis 1592 xalla dünyanın 221-cisidir.

Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2197), Yurgen Klopp (2090) və Joze Mourinyo (2059) qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO