Lukaşenko Putinə traktor hədiyyə edəcək – VİDEO

Hazırda oxunan: Lukaşenko Putinə traktor hədiyyə edəcək – VİDEO

97993

Sankt-Peterburq yaxınlığındakı Konstantinovski sarayında MDB dövlət başçılarının qeyri-rəsmi sammitindən əvvəl "Life" nəşrinin jurnalisti Aleksandr Lukaşenkodan Vladimir Putinin bugünkü ad gününə hansı hədiyyə gətirdiyini soruşub.

Bizim.Media xəbər verir ki, Belarus liderinin cavabı təəccübləndirib.

Lukaşenko deyib ki, o, Putinə ad günü üçün traktor hədiyyə edəcək.

"Traktor. Əl işidir. Mən özüm də beləsi ilə çalışıram”,  - Belarus prezidenti deyib.

Lukaşenko əlavə edib ki, bu traktorun köməyi ilə taxıl səpmək, sonra isə onu Avropaya çatdırmaq olar ki, “acından ölməsinlər və Ukraynadan çörək oğurlamasınlar”.

Bu gün 70 yaşını qeyd edən Rusiya prezidenti Vladimir Putinə dünyanın hər yerindən çoxsaylı təbrik teleqramları gəlir. 

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev, Qırğızıstan rəhbəri Sadır Japarov, Kuba lideri Migel Diaz-Kanel Bermudez, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Afrika Respublikasının lideri Siril Ramafosa artıq şəxsən onu telefonla təbrik ediblər.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO