Ukrayna ordusu “Vaqner”in qərargahına zərbə endirdi

Hazırda oxunan: Ukrayna ordusu “Vaqner”in qərargahına zərbə endirdi

88544

Ukrayna Silahlı Qüvvələri “Vaqner”in Popasnadakı qərargahına zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə hərbi müxbir Yuri Kotenok Telegram kanalında yazıb.

Donbassdakı mənbələr bu məlumatı təsdiqləyib. Kotenok həmçinin bildirib ki, zərbə HIMARS raketindən atılıb.

“Ukrayna resursları Priqojinin ölümünü yayırlar. Biz bunu təsdiq etmirik”, deyə o, əlavə edib.

“Rus Baharı”nın məlumatına görə, ölən və yaralananlar var, onların sayı açıqlanmır. Hərbi ekspert Boris Rojin bildirib ki, hərbçilər Rusiya artilleriyasının dəstəyi ilə “Artemovsk”a daxil ola biliblər.

O vurğulayıb ki, hazırda şəhərdə döyüşlər gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO