Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat PUA-sı alacaq - SİFARİŞ VERİB 

Hazırda oxunan: Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat PUA-sı alacaq - SİFARİŞ VERİB 

88505

Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat PUA-sı alacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı tanınmış livanlı tədqiqatçı və jurnalist Elayca Magyer öz mənbələrinə istinadən yayıb. 

“Rusiya İranla 1000 PUA-nın alınması üçün müqavilə imzalayıb. İlk dronlardan artıq Ukraynada istifadə olunub”, - Magyer qeyd edib. 

Onun sözlərinə görə, son on ildə Rusiya dron sənayesinə lazımi diqqət və sərmayə qoymayıb, əksinə hipersəs raketlərinin hazırlanmasına diqqət ayırıb və bu istiqamətdə ABŞ-ı qabaqlayıb, amma Ukrayna müharibəsi göstərdi ki, pilotsuz təyyarələr hər bir ordu üçün lazımdır.  

Magyer vurğulayıb ki, İran İraq və Suriyada müxtəlif hədəflərə qarşı uğurla istifadə edilən və 2000 km-ə qədər məsafədəki obyektləri vuran yüksək dəqiqlikli uzaqmənzilli raketlər hazırlayıb. 

O xatırladıb ki, iranlılar Suriyada bu texnologiyadan istifadə edərək onu Livan, Suriya, İraq və Yəməndəki müttəfiqlərinə, eləcə də Qəzzadakı fələstinlilərə ötürüb.  

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO