Ruslar yaxın günlərdə Luqansk vilayətini ələ keçirəcək – AMERİKA İNSTİTUTU

Hazırda oxunan: Ruslar yaxın günlərdə Luqansk vilayətini ələ keçirəcək – AMERİKA İNSTİTUTU

82048

Çox güman ki, ruslar yaxın günlərdə Luqansk vilayətinə nəzarəti bərqərar edəcəklər. 

Bizim.Media xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi üzrə Amerika İnstitutu (ISW) məlumat yayıb.

Ruslar yəqin ki, bundan sonra Slavyansk və Baxmuta qayıtmazdan əvvəl Severskdəki Ukrayna mövqelərinə zərbə endirəcəklər.

Ukrayna qoşunlarının Severskə geri çəkilməsi onların ani mühasirəyə düşmə riskini azaltmağa imkan verəcək.

Alınan məlumata görə, Ukrayna qüvvələri Slavyanskdan Baxmuta qədər E40 şossesi yaxınlığında  döyüşərək geri çəkilirlər.

Ehtimal edilir ki, Ukrayna ordusu Qərbin hədiyyə etdiyi artilleriyanın köməyi ilə Belqoroddan Xarkov vilayətinin cənubuna uzanan Rusiya quru rabitə xətlərinə (GLOC) təhlükə yaradacaq.

ISW-nin məlumatına görə, Ukraynanın əks-hücumları və partizan fəaliyyəti Rusiya qüvvələrini cənub xətti boyunca müdafiə əməliyyatlarına üstünlük verməyə məcbur edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO