İsveç və Finlandiya nümayəndə heyətlərinin Türkiyəyə səfəri təxirə salındı

Hazırda oxunan: İsveç və Finlandiya nümayəndə heyətlərinin Türkiyəyə səfəri təxirə salındı

75617

İsveç və Finlandiya nümayəndə heyətlərinin Türkiyəyə yüksək səviyyəli səfəri yubanır, ölkələr Ankaradan cavab gözləyir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi Türkiyə mətbuatına istinadən yayıb.

Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətlərə dair verdiyi təminatlara inana bilmir. Bütün üzvlərin yekdil razılığı olmadan ölkələr ittifaqa qəbul edilə bilməz.

"NATO ilə danışıqlara İsveç və Finlandiyadan nümayəndə heyətləri gəlməli idi. İsveç hətta hər iki ölkənin xarici işlər nazirlərinin Ankaraya səfər edəcəyini açıqlamışdı. Lakin prezident Rəcəb Tayyib Ərdoğan “Əziyyət çəkməsinlər” deyərək nazir müavinləri səviyyəsində nümayəndə heyəti göndərməyi təklif edib. 

Ərdoğanın İsveçin baş naziri Maqdalena Andersson və Finlandiya prezidenti Sauli Niinistö ilə danışıqlarından sonra şənbə günü Türkiyənin bu təklifə cavab verəcəyi bildirilib”, - deyə “Milliyet” vurğulayıb.

Rusiya dəfələrlə “NATO-nun məqsədi qarşıdurma yaratmaqdır” fikrini səsləndirib. Prezidentin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, alyansın daha da genişlənməsi Avropaya böyük təhlükəsizlik gətirməyəcək, çünki bu qurum özünü çox aqressiv aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO