Papa miqrantlarla görüşdü - Avropanı “sivilizasiyanın dağılmasını” dayandırmağa çağırdı

Hazırda oxunan: Papa miqrantlarla görüşdü - Avropanı “sivilizasiyanın dağılmasını” dayandırmağa çağırdı

49206

Roma Papası Fransisk Avropanın laqeydliyini yox etmək üçün Yunanıstanın Lesbos adasındakı qaçqın düşərgəsini ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Associated Press” agentliyi yayıb.

"Xahiş edirəm, sivilizasiyanın bu çöküşünü dayandıraq! Hər bir kişidən və hər bir qadından laqeydliyə qalib gəlməyi xahiş edirəm!” – deyə avropalılara üz tutub.

Fransisk reallığa məhəl qoymağı dayandırmağa və miqrantların taleyi üçün məsuliyyəti başqalarının üzərinə atmağa çağırıb. O, Aralıq dənizində insanların Afrika sahillərindən Avropa sahillərinə üzməyə çalışan qaçaqmalçıların qayıqlarında boğulduğu vəziyyəti pisləyib.

Lesvosdakı qaçqın düşərgəsində Roma Papası Əfqanıstan, İraq, Konqo və digər ölkələrdən gələn miqrantlarla söhbət edib.
 

Pontifik ilk dəfə 2016-cı ildə miqrantların əsas giriş nöqtələrindən olan adaya baş çəkib və 12 suriyalı qaçqını özü ilə İtaliyaya aparıb. Fransisk təəssüflənib ki, o vaxtdan bəri "çox şey dəyişməyib".


Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2014-cü ildən bəri təxminən 23 min miqrant dəniz yolu ilə Avropaya çatmağa çalışarkən həlak olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO