"Müstəqillik bizim xoşbəxtliyimizdir": Berdiməhəmmədov yeni kitab yazdı

Hazırda oxunan: "Müstəqillik bizim xoşbəxtliyimizdir": Berdiməhəmmədov yeni kitab yazdı

38756

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov "Müstəqillik bizim xoşbəxtliyimizdir" adlı yeni kitab yazıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi hökumətin "Neytral Türkmənistan" qəzetinə istinadən yayıb. 

Dövlət başçısı rəhbərlik etdiyi Türkmənistan parlamentinin yuxarı palatası olan Xalq Şurasının toplantısında kitab haqqında danışıb. 

Türkmənistanın müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş yığıncağa deputatlardan başqa bütün ölkə rəhbərliyi qatılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Berdiməhəmmədovdan unikal TƏKLİF


"Türkmənistan rəhbəri yekun nitqi ilə zala toplaşanlara müraciət edərək “Müstəqillik bizim xoşbəxtliyimizdir”  adlandırdığı növbəti kitab üzərində işi bitirdiyini söyləyib", - qəzet yazır. Prezident müstəqilliyin heç bir şeylə ölçülməyən böyük bir anlayış olduğunu vurğulayıb. 

"Böyük bir məna daşıyan bu söz cəsur əcdadların azad və xoşbəxt bir həyat üçün xəyallarını və istəklərini, sevimli Vətənimizin şanlı keçmişini, bu gününü və böyük gələcəyini ehtiva edir". Nəşr dövlət başçısından sitat gətirib.

O, yeni əsərin maraqlı və faydalı, eyni zamanda Türkmənistanın müstəqilliyinin 30 illiyinə hədiyyə olacağına ümid etdiyini bildirib.

Türkmənistan Prezidenti Türkmən tarixi, Axal-Teke atları, Türkmən xalçaları, musiqi, yemək, çay, atalar sözləri, Türkmən alabayı və digər mövzularda bir sıra əsərlərin müəllifidir. 

Türkmənistan Xarici İşlər Nazirliyi tərəfindən açılan Qurbanqulu Berdiməhəmmədovun əsərlərinin elektron kitabxanasında bir çoxu xarici dillərə tərcümə edilən 60-dan çox kitab var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO