II Yelizavetanın sərvəti açıqlandı

Hazırda oxunan: II Yelizavetanın sərvəti açıqlandı

24607

Ekspertlər Böyük Britaniya Kraliçası II Yelizavetanı ölkənin ən böyük əmlak agentliklərindən biri olan The Crown Estate ilə əlaqələndirirlər.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Deutsche Welle” nəşri yayıb.

Mənbə yazır ki, bu agentlik Londonda və Birləşmiş Krallığın hər yerində əmlak satır, qalalar, kotteclər və ticarət mərkəzləri inşa edir.
 

MÖVZU İLƏ BAĞLI:

II Yelizavetanın nəvəsi üçüncü övladına Koronavirusa uyğun ad qoyacaq


Şirkət İngilis sahillərinin yarısından çoxuna sahibdir və bu da külək elektrik stansiyalarının qurulması və istismarı üçün müstəsna hüquqlar verir.

“The Crown Estate”in bütün gəlirləri hər il Britaniya hökumətinə təhvil verilir. Bunun da 25%-nin kral ailəsinin maliyyələşdirilməsinə ayrıldığı qeyd olunur. Britaniyadakı bu agentliklə II Yelizavetanın zəngin olduğu iddia edilir.

“The Crown Estate” həqiqətən Britaniya kraliçasına aiddirsə, o, Britaniyanın ən varlı adamlarından biridir. Ekspertlət şirkətin dəyərinin 17 milyard dollardan çox olduğunu deyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO