Ağ Ev: “Rusiya kamikadze dronları müqabilində İrana xeyli sayda hərbi yardım göndərir”

Hazırda oxunan: Ağ Ev: “Rusiya kamikadze dronları müqabilində İrana xeyli sayda hərbi yardım göndərir”

108840

Rusiya kamikadze dronlarının tədarükü müqabilində İrana hərbi-texniki dəstək verir.

Bizim.Media xəbər verir ki, bu barədə “NBC”yə Ağ Evdəki mənbələr məlumat verib.

Bildirilib ki, Rusiya kamikadze dronlarının, əsasən İran istehsalı olan “Şahed-136”nın tədarükü müqabilində, İrana xeyli miqdarda vertolyotlar və hava hücumundan müdafiə sistemləri göndərir.
Bayden administrasiyasından verilən məlumata görə, 2022-ci ilin yaz aylarında iranlı pilotlar Rusiyada “Su-35” döyüş təyyarələrini idarə etmək üçün təlim keçiblər ki, bu da mənbənin dediyinə görə, İranın növbəti il ərzində Rusiyadan bu təyyarələri tədarük edəcəyinə ehtimal verir:

“Rusiya Federasiyası və İran təkcə Ukrayna üçün deyil, həm də İranın qonşuları üçün təhlükə yaradan silahların hazırlanmasında əməkdaşlıq edə bilərlər”.

Qeyd edilib ki, buna qarşı çıxmaq üçün ABŞ İran-Rusiya hərbi əməkdaşlığını müzakirə etmək üçün bir qrup həmfikir ölkəni bir araya gətirmək niyyətindədir, həmçinin, Rusiya və İranın öz ərazilərindən texnika, silah və ya pul keçirə bilməməsini təmin etmək üçün digər ölkələrlə işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO