Övladının törətdiyi cinayətə görə valideyini hansı cəza gözləyir? - Hüquqşünas  AÇIQLADI 

Hazırda oxunan: Övladının törətdiyi cinayətə görə valideyini hansı cəza gözləyir? - Hüquqşünas  AÇIQLADI 

97987

Son zamanalarda yetkinlik yaşına çatan hətta çatmayan şəxslərin də müxtəlif cinayət əməlləri törətdiyini görürük. Bu şəxslər cinayət məsuliyyətini necə çəkəcəyi haqqında müxtəlif fikirlər səsləndirilir.

Bəs valideynlər necə? Övladının törətdiyi xuliqanlıq və cinayət əməlinə görə məsuliyyətə cəlb oluna bilərmi?

Hüquqşünas Əsabəli Mustafayev mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.

Onun sözlərinə görə, qanunvericilikdə yalnız bir halda birbaşa valideynin məsuliyyətə cəlb olunması nəzərdə tutulur:

"Yeniyetməlik yaşına çatmayan övladın törətdiyi qanun pozuntusuna görə, eyni zamanda inzibati xətalar məcəlləsində 512-ci maddəyə əsasən 16 yaşına qədər yetkinlik yaşına çatmayan şəxsin törətdiyi xırda xuliqanlıq əməlinə görə, onların valideynləri və qanuni nümayəndələri 60 manatdan- 100 manata qədər cərimə olunur.

Digər hallarda isə sözügedən şəxs cinayət əməli törədibsə, məsuliyyətin valideynin üzərinə düşməsi qanunda qeyd olunmayıb. Həmin uşağın özü məsuliyyətə cəlb oluna bilər lakin doğrudur ki, 14 yaşına qədər məhkəmə hökmü ilə hər hansı məsuliyyətə cəlb olunması nəzərdə tutulmayıb. Ancaq bu yaşa qədər olan uşaqların xüsusi təlim-tərbiyə müəssisələrində yerləşdirilməsi nəzərdə tutulur".

Hüquqşünas həmçinin bildirir ki, sözügedən müəssisələr də 2 cür olur:

"Bu biri açıq, digəri isə qapalı tipli təlim-tərbiyə müəssisələridir. Açıq tipli müəssisəyə böyük ctimai təhlükə törətməyən və ya az ağır dərəcə cinayətlər törətmiş uşaqlar yerləşdirilir. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrində isə artıq ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər yerləşdirilir. Yalnız bir halda valideyn cinayət məsuliyyətinə cəlb oluna bilər ki, o, azyaşlını cinayət törətməyə təhrik etsin", - deyə Ə.Mustafayev qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO