Azərbaycanda BU SAHƏLƏRDƏ çalışmaq qadınlara qadağandır - SİYAHI

Hazırda oxunan: Azərbaycanda BU SAHƏLƏRDƏ çalışmaq qadınlara qadağandır - SİYAHI

96440

Qadınlar hər işdə çalışa bilməzlər. Bunu mövcud qanunvericiliyimiz deyir. Baxmayaraq ki, gender bərabərliyindən çox danışırıq, qadınla kişinin eyni hüquqlara malik olduğunu deyirik.

Lakin, qadınlar zərif cinsin nümayəndəsi olduğu üçün onlar bəzi hallarda kişilərdən üstün tutulur, onlara daha çox imtiyazlar verilir. Qadınlara verilən imtiyazlardan biri də fəaliyyət sahələriylə bağlıdır. 
Elə isə qadınlar hansı sahələrdə işləyə bilməz?

Məsələ ilə bağlı hüquqşünas Şaiq Mirzəyevlə həmsöhbət olduq.

O Bizim.Media-ya açıqlamsında ölkəmizdə qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları Əmək Məcəlləsi ilə tənzimləndiyini bildirdi.

“Məcəllənin 241-ci maddəsinə əsasən, bəzi iş yerləri və işlərdə qadın əməyinin tətbiqi qadağan olunur. Qadın əməyinin tətbiqi qanunla qadağan olunan iş yerləri və işləri aşağıdakılardır:

Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Amma fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən qadınların yeraltı iş yerlərinə düşüb qalxmasına yol verilir.

Qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.
Qadınlar əmək funksiyasında ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması, ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması, bütün iş günü ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması, və 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.

Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunmasına isə qanun icazə vermir.

Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO