Azərbaycanda NATO kursu açılıb - FOTO

Hazırda oxunan: Azərbaycanda NATO kursu açılıb - FOTO

96110

NATO-nun Azərbaycanda keçirilən "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) açılış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən bildirilib. 

Açılış mərasimində Anım Günü ilə əlaqədar olaraq torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Sonra kursda iştirak edən heyətlərə kursun məqsədi, şərtləri və icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub. 

Qeyd edək ki, ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursu (OCC E&F Database Training Course) sentyabrın 30-na kimi davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO