Quba və Xaçmazda da yanğınlar baş verdi - VİDEO

Hazırda oxunan: Quba və Xaçmazda da yanğınlar baş verdi - VİDEO

88746

Şimal bölgəsində bu gün müşahidə edilən güclü isti külək Quba və Xaçmaz rayonlarında da yanğına səbəb olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qubanın Vəlvələ kəndində 4 hektar biçilmiş taxıl sahəsi yanıb.

Rayonun icra başçısının Vəlvələ kəndi üzrə nümayəndəsi Mahir Məmmədov bildirib ki, yanğınsöndürənlərin səyi nəricəsində alovun yayılmasının qarşısı alınıb.

Xaçmazda isə Sibiroba və Mirzəmətkənd kəndi ərazisində kol-kos sahəsində yanğın qeydə alınıb.

Xaçmaz Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclunun verdiyi məlumata görə, görülən təbirlərlə sayəsində alovun meşə massivinə keçməsinin qarşısı alınıb.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO