Siyəzəndə azyaşlını uzunqulaq DİŞLƏDİ - Ağır xəsarətlər aldı - FOTO

Hazırda oxunan: Siyəzəndə azyaşlını uzunqulaq DİŞLƏDİ - Ağır xəsarətlər aldı - FOTO

87304

Siyəzən rayonunda 10 yaşlı uşağı uzunqulaq dişləyib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Çarxana kəndində qeydə alınıb. 

Kənd sakini, 10 yaşlı Əliyev Abdulla Vidadi oğlu döş qəfəsinin ön səthinin sağ yarısının böyük həcmli dişlənmiş yarası və iri həcmli dəri və əzələ effekti diaqnozu ilə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə gətirilib.

Mərkəzdə uşağa dərhal quduzluğa qarşı vaksin vurulub və yarası yuyulub bağlandıqdan sonra Respublika Kliniki Mərkəzin uşaq cərrahiyyə şöbəsinə göndərilib.

Siyəzən Müalicə Diaqnostika Mərkəzindən Bizim.Media-ya bildirilib ki, uşağın Kliniki Mərkəzdən sonra Respublika Yanıq Mərkəzinə göndəriləcəyi də istisna edilmir.

Çünki onun sinəsi böyük yara ilə yanaşı, iri həcmli dəri və əzələ effekti də alıb. Heyvanın quduz olub olmaması da dəqiqləşdirilir.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO