Reklamda “ƏN” ifadəsi qanun pozuntusudur – Bəs Azərbaycanda vəziyyət necədir? 

Hazırda oxunan: Reklamda “ƏN” ifadəsi qanun pozuntusudur – Bəs Azərbaycanda vəziyyət necədir? 

81510

“Reklam haqqında” qanuna görə "Ən" ifadəsindən istifadə etməklə məhsulu və yaxud xidməti reklam eləmək olmaz. Çünki, bu zaman reklamverici şəxs istehlakçıya əlavə basqı edir. Üstəlik, anoloji xidmət və yaxud məhsul sahibinin hüququnu pozur.

Di gəl ki, hazırda Qanunun bu tələbi addımbaşı pozulur. Demək olar ki, hər saat bu cür reklamları eşidirik: “Ən baxımlı televiziya”, “ən sevilən radio”, “ən yaxşı avtomobil”, “ən sürətli provayder” və s.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən reklam üzrə ekspert Cahid Həsənov bildirdi ki, “çox təəssüf ki, belə hüquqpozma halları “N” qədərdir. Öz xidmətini və məhsulunu təqdim edən əksər şirkətlər bu nöqsana yol verir.

Bu isə anoloji xidmət və məhsul sahibini aşağılamaqdır. Guya ki, bunun məhsulu digərlərindən daha keyfiyyətli və baxımlıdır. Əslində reklam zamanı diqqət çağırışçı sözlərə yox, məhsulun və xidmətin fərdi keyfiyyətlərinə yönəldilməlidir.
Lakin, reklam menecmentliyindəki problemlər üzündən həm digər şirkətlərin hüquqları tapdalanır, həm də bayağı çağırışlar insanlarda qıcıq yaradır”.

“Ən” ifadəsi harada işlədilə bilər?

Ekspert “Ən” ifadəsinin hansı hallarda işlədilməsinin qanunauyğun olmasından da danışdı. Bildirdi ki, “Bəli, hansısa yarışın qalibi barədə bu fikri söyləmək olar. Yəni “ən güclü güləşçi”, “ən yaxşı məqalə”, “ən gözəl əsər” deyə bilərik.
Amma hansısa xidmət və məhsul haqqında bunu demək qanunun tələblərini pozur. Çox təəssüf ki, hələlik bu cür qanun pozuntularına nəzarət edəcək konkret qurum yoxdur. Ona görə də hərə istədiyi kimi özünü reklam edir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO