Cavad xanın məzarının başına gətirilənlər – Xalq onun nəşini Sovetlərdən necə qorudu?

Hazırda oxunan: Cavad xanın məzarının başına gətirilənlər – Xalq onun nəşini Sovetlərdən necə qorudu?

78746

27 mart 1990-ci ildə Gəncədə çəkilmiş bu fotoda Cavad xanın nəşi dəfn edilmək üçün Şah Abbas məscidinin həyətinə gətirilməsi öz əksini tapıb.  

18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Gəncə xanlığına rəhbərlik etmiş Cavad Xan Ziyadoğlu Çar Rusiyasının işğalına qarşı göstərdiyi qəhrəmanlıqlarla tariximizə adını qızıl hərflərlə yazıdırıb.  

1804-cü il yanvarın 3-də rus ordusu ilə döyüşdə həlak olan Cavad xan Gəncədə I Şah Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunub.  

Bizim.Media xəbər verir ki, xanın məzarının sonrakı aqibəti ilə bağlı AMEA-nın Elmi Tarixi İnstitutunun elmi katibi, dosent Zaur Əliyev araşdırma aparıb:  
 

MÖVZU İLƏ BAĞLI:

Ramazan bayramı günü şəhid olan CAVAD XAN və OĞLU - QƏHRƏMANLIQ SALNAMƏSİ - FOTO


“Sovetlər dövründə Gəncədə I Şah Abbas tərəfindən tikilmiş məşhur  Cümə məscidində dəfn olunan Cavad xanın məzarı 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası adı altında dağıdılıb. Məscidin həyətində fəvvarə inşa etmək məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən ekskovator bir şeyə ilişir və qazıntılar təcili olaraq dayandırılır. Ərazidən üstü ərəb dilində yazılan baş daşı və məzar aşkarlanır.

Yazıların oxunması ilə məzarın, Gəncə xanı Cavad xana aid olduğunu göstərir. Baş daşında yazılırdı:  

"Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur"  

Lakin Gəncənin qeyrətli oğulları Cavad xanın cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayıb. Xanın məzarı qorunmaq məqsədi ilə Səbiskar qəbiristanlığına aparılır və Əsgər Ağa Goraninin türbəsində 30 il gizlədilir.   

1990-cı ildə hələ Sovet hakimiyyəti tam çökməmişdi, rusların ölkəyə təsiri hiss edilirdi, vəzifədə olan məmurlar rusları "qızışdırmamaq" üçün Cavad xanın qəbrini öz yerində yox, məscidin qərb tərəfində, gözdən uzaq yerdə qazdılar.


Amma camaat razı olmadı. Sovetlər dövründə qazıntında iştirak edib, xanın sümüklərini tapan adamlardan sağ qalanlar vardı. Onlar tələb etdilər ki, sümükləri haradan götürmüşüksə, orada da dəfn etməliyik. Xanın tabutunu Səbiskar qəbiristanlığından Şah Abbas məscidinədək, təxminən 4 km yolu insanlar çiyinlərindən yerə qoymadan piyada gətirirlər. Əhalinin təzyiqiylə Cavad xan üçün yenidən elə öz məzarında yer qazıldı, ordaca dəfn edildi”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO