Xüsusi təyinatlımızın ermənini əsir götürdüyü an – VİDEO

Hazırda oxunan: Xüsusi təyinatlımızın ermənini əsir götürdüyü an – VİDEO

57585

Öz şücaəti ilə qələbəmizdə imzası olan şəhid Mehrab Niftəliyevin yeni görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, İTV kanalının yaydığı videoda Mehrabın erməni xüsusi təyinatlısını əsir götürdüyü əks olunub.

Qeyd edək ki, 1985-ci ildə Quba rayonunun Qam-qam kəndində doğulan Mehrab 17 il Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə Azərbaycanı təmsil edərək uğurlara imza atıb.

O xüsusən çətin hərbi təlim sayılan "Qafqaz qartalı" və "EFES" təlimlərini keçib.

Mehrab Niftəliyev müharibənin ilk günlərində cəbhəyə yollanıb, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərə qatılıb. Döyüşlərdə düşmənin 70-ə yaxın hərbi qulluqçusunu, eyni zamanda texnikasını şəxsən məhv edib. O 35 yaşında şəhidlik zirvəsinə ucalıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO