Kənd sakini yanğına görə FHN əvəzinə təcili yardıma ZƏNG ETDİ

Hazırda oxunan: Kənd sakini yanğına görə FHN əvəzinə təcili yardıma ZƏNG ETDİ

0:00
0:00
49225

Yevlax rayonunun Gülövşə kəndində gecə saatlarında yanğın baş verib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, kənd sakinlərindən biri mal tövləsində qeydə alınan yanğının söndürülməsi üçün əraziyə FHN-nın yanğınsöndürmə briqadalarını çağırmaq əvəzinə, səhvən təcili yardıma (103) zəng edib.

Onlar tez yetişərək mal-qaranın xəsarət alıb-almadığını soruşublar.

Bundan sonra o, alovu lokallaşdırmaq üçün 101-ə müraciət edib. Əraziyə gələn yanğınsöndürənlər yanğının digər tikililərə keçməsinin qarşısını alıb.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO