Şəhid Elməddin Alxasovun anası: “Onun arzusu vardı...” - FOTO

Hazırda oxunan: Şəhid Elməddin Alxasovun anası: “Onun arzusu vardı...” - FOTO

26089

Xaçmaz səfərimiz zamanı rayonunun Qaradağ-Buduq kəndində Şəhid Elməddin Alxasovun anası Əsli xanımla da oğlu haqda danışdıq.

Ana Bizim.Media-ya açıqlamasında deyib ki, oğlu şəhid olmağı çox istəyirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Jurnalistlər üçün MEDİATUR - Şəhid və qazi ailələrinin təsərrüfatları ilə tanışlıq oldu - FOTO


"Bir gün həyətdə oturmuşdum gördüm ki, Elməddin bacısı ilə mübahisə edir. Gördüm qızım qışqırır ki, ana, bax gör Elməddin mənə nə deyir. Sən demə bacısına deyib ki, mən bir gün bu qapıdan bayrağa bürünüb görəcəyəm, bu mənim istəyimdir. Onun arzusu vardı, elə bil bilirdi ki, şəhid olacaq".

Sentyabrın 29- da qardaşı ilə ad günündə sonuncu dəfə danışan Sevil isə deyir:

"Zəng edib adgününü təbrik etdim. Mənə dedi ki, anadan muğayat ol, hər şey ola bilər. Bilsən necə oğullar getdi yanımdan, mən onlardan artıq deyiləm. Elə 4-5 gündən sonra Elməddin Suqovuşanda həlak oldu".

"Yuxularıma gəlir. Hər gün demək olar ki, yuxuda onu görürəm. Sonuncu dəfə gördüm evə qayıdıb, ancaq gözləri görmürdü. Dedim sən getmə qal, mən sənə öz gözlərimi verəcəyəm", - Sevil qardaşını yuxuda gördüyünə çox sevindiyini deyir.

"Bizə çox çətindir, ancaq mən qardaşımla fəxr edirəm".

Bu yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin media nümayəndələri üçün qazi və şəhid ailələrinə yaradılan kiçik təsərrüfatlarla əyani tanışlığı üçün təşkil etdiyi mediatur çərçivəsində hazırlanıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO