Vətən Müharibəsi şəhidinin ailəsinə Bakıda EV VERİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: Vətən Müharibəsi şəhidinin ailəsinə Bakıda EV VERİLDİ - FOTO/VİDEO

126615

Vətən Müharibəsi şəhidi, Azərbaycan Bayrağı ordenli Abakar Hacıyevin ailəsinə Bakı şəhərində 4 otaqlı mənzil verilib. 

Bu barədə Bizim.Media-ya şəhidin həyat yoldaşı Arzu Hacıyeva məlumat verib.

Onun sözlərinə görə, Müdafiə  Nazirliyinin əməkdaşı ona Suraxanı rayonunun Hövsan qəsəbəsində "Hövsan-2" çoxmənzilli yaşayış binasındakı mənzilin açarını təqdim edib.

Arzu Hacıyera bildirib ki, Bakıda evi olmaq Abakarın arzusu idi:

“Həmişə Bakıya iclasa gedəndə gecə yarı olsa da, rayona qayıdardı, qohum evində gecələməyi sevməzdi."

Abakar Hacıyevin həyat yoldaşı ailələrinə ev verilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. 

Şəhidin anası, Zaqatalanın Dardoqqaz kəndində yaşayan Pirdas Hacıyeva oğlunun ailəsinin mənzil məsələsini həll edən dövlət qurumlarına, xüsusən Azərbaycan Prezidenti İlham Əliyevə şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Abakar Hacıyev 24 il qüsursuz xidmət edib. O, Vətən Müharibəsində Qırmızı Bazar ətrafında gedən döyüşlərdə şəhid olub.

Bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı onun doğulduğu Dardoqqaz kənd qəbristanlığında uyuyan şəhid Abakarın məzarını ziyarət edib. Anası Pirdas Hacıyeva və qayınanası Fatimət Bulayeva şəhidlə bağlı xatirələrini bölüşüblər.
 

 

 

 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO