Şəkidə şəhid və qazi övladları üçün həftəsonu əyləncəsi TƏŞKİL OLUNDU - FOTO 

Hazırda oxunan: Şəkidə şəhid və qazi övladları üçün həftəsonu əyləncəsi TƏŞKİL OLUNDU - FOTO 

116469

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi maraqlı bir təşəbbüsə imza atıb. Həftə sonları Şəkidə yaşayan şəhid və qazi övladları üçün əyləncəli istirahət təşkil olunur.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədov məlumat verib.  

Qeyd olunub ki, humanitar aksiyanın ilk iştirakçıları musiqi məktəbin qarşısında görüşdükdən sonra xüsusi avtobusla Böyük Qafqazın ətəyində yerləşən “Şəki yaylası” istirahət mərkəzinə yollanıb. Burada uşaqlar qartopu oynayıb, xizək sürüb, həmçinin, müxtəlif əyləncəli yarışlara qatılıb.  
Gün boyu davam edən ekskursiya zamanı uşaqlar istirahət mərkəzinin müxtəlif xidmətlərindən də faydalanıb. 

Qeyd edilib ki, növbəti həftələrdə də belə ekskursiya və əyləncəli-görşlərin təşkili nəzərdə tutulur. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO